Əziz Ələkbərli: Azərbaycan parlamenti və onun hər bir üzvü bundan sonra da var gücü ilə çalışacaqbackend

Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərin keçirlməsindən 1 il ötür.
Parlamentin bir illik fəaliyyətini necə qiymətləndirmək olar?
Bu barədə Millət vəkili Əziz Ələkbərli öz fikirlərini bölüşüb.

“Bəri başdan deyim ki, bir illik fəaliyyəti son dərəcə müsbət qiymətləndirirəm. Bu bir ildə Azərbaycan öz tarixinin və taleyinin çox məsuliyyətli bir dövrünü yaşayıb. 9 fevral parlament seçkilərinin nəticələrinin təsdiqindən dərhal sonra pandemiya başladı və onun yaratdığı bəzi məhdudiyyətlər hələ də davam edir. 44 günlük müharibə və bu müharibə nəticəsində qazandığımız Zəfər isə tariximizə qızıl hərflərlə yazıldı. Hər iki məsələdə Milli Məclisin rəhbərliyi, əməkdaşları, komitə və komissiyaları, xüsusilə deputatlar üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldilər.

Deputatlarımız son bir ildə yerli və xarici mediada yazılarla, teleradio kanallarında çoxsaylı çıxışlarla təmsil olundular. Bunlar hamısı Azərbaycan həqiqətlərini yerli və xarici auditoriyaya çatdırmaq üçün edilən və ictimai-siyasi yükə malik hərəkətlərdir. Üstəgəl çoxlu sayda qanun layihələrinin hazırlanması, müzakirəsi və qəbulu, bir də seçicilərin saysız-hesabsız müraciətləri, bu müraciətlərlə bağlı görülən işlər…. Təbii ki, qalib bir dövlətin vətəndaşı, alimi, məmuru olmaq nə qədər şərəfdirsə, deputatı olmaq da bir o qədər şərəfdir. Elə hesab edirəm ki, Azərbaycan parlamenti və onun hər bir üzvü bundan sonra da var gücü ilə çalışacaq, millətimizə, dövlətimizə və dövlətçiliyimizə layiqincə xidmət edəcək”.