ƏZİZ ƏLƏKBƏRLİ: ‘‘TƏK BİR HƏDƏFİMİZ VAR: ATALARIMIZIN YAŞADIĞI TOPRAQLARA GERİ DÖNMƏK…’’backend

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Dr.Əziz Ələkbərlinin “Vətənyolu”na müsahibəsi:

Əziz müəllim, imkan varsa, qısaca da olsa Qərbi Azərbaycan icması və onun fəaliyyəti haqqında oxucularımıza məlumat verməyinizi xahiş edirəm…

– Azərbaycan Qaçqınlar Cəmiyyəti 1989-cu il dekabrın 28-də Bakıda təsis edilib və yaradılmasında məqsəd Qarabağ münaqişəsinin ilk mərhələsində – 1988-ci ildə indiki Ermənistan ərazisindən ermənilər tərəfindən qəddarlıqla qovulan azərbaycanlı qaçqınların hüquqlarının müdafiəsinə, sosial problemlərinin həllinə kömək etmək olub. Bir ay sonra – 1990-cı ilin yanvarında Cəmiyyətin rəsmi fəaliyyəti və qeydə alınması ilə bağlı o vaxtkı Nazirlər Sovetinin sədri, yəni Baş Nazir “Azərbaycan Qaçqınlar Cəmiyyəti haqqında” xüsusi Sərəncam imzalayıb. O vaxtdan bu günə qədər Azərbaycan Qaçqınlar Cəmiyyəti bu istiqamətdə çox böyük fəaliyyət göstərib. Amma iki il əvvəl belə qərara gəldik ki, Azərbaycan Qaçqınlar Cəmiyyətinin fəaliyyəti, əsasən, 1988-ci il qaçqınlarımızı əhatə etsə də, biz son iki yüz ildə dəfələrlə deportasiya və soyqırımlara məruz qalmışıq, o cümlədən 1905-ci ildə də, 1918-1920-ci illərdə də, 1948-1953-cü illərdə də və bütün bu dövrləri əhatə edə bilmək üçün daha geniş fəaliyyət imkanları olan bir quruma ehtiyac var və biz Qərbi Azərbaycan İcmasını yaratdıq. Belə bir qurumun yaradılması qısa vaxtda özünü doğrultdu, biz Qərbi Azərbaycanda – indiki Ermənistandakı bütün bölgələr, rayonlar və kəndlər üzrə İcmalar yaratmağa başladıq. Kənd icmaları təsis edilərək onların sədrləri rayon icmalarında təmsil olundular və rayon icmaları sədrlərindən ibarət Qərbi Azərbaycan İcmasının İdarə Heyəti formalaşdı. Artıq bu təşkilatlanma Qərbi Azərbaycanın bütün bölgələrini əhatə etməkdədir. Bizim bir məramımız var: dədə-baba yurdlarımıza qayıtmaq. Bizim babalarımız minillər boyu o ərazilərdə yaşayıb, o ərazilər tarix boyu son qarışına qədər Azərbaycanın tarixi torpaqları olub, Azər-Türk yurdu olub və bundan sonra da olacaqdır.

Bildiyimiz kimi qarşımızda monoetnik bir dövlət olan Ermənistan var. Və öz işğalçılıq siyasətinə görə də bütün regional layihələrdən kənarda qalıb. Bu məğlubiyyətdən sonra da sizcə ermənilər bu siyasətin onların zərərinə olduğunu yenə də anlamırlarmı?

– Mən 28 yaşıma qədər ermənilərin içində yaşamışam, onların tarixini də, xarakterini də, psixologiyasını da kifayət qədər bilirəm. Ermənilər hər hansı bir həqiqəti anlamaq hissindən, etiraf etmək düşüncəsindən məhrum bədbəxt bir toplumdur. Özümüzü aldatmayaq, ermənilər heç nəyi anlamayıblar, heç vaxt da anlamayacaqlar, çünki anlamaq istəmirlər, anlamaq qabiliyyətinə malik deyillər, onlar tarixi yalanlarla zombiləşdirilmiş etnik toplumdurlar. Mən bunu minlərlə tarixi faktlarla sübut edərəm. Bizdə belə bir ifadə var: Qurandan don geymək. Əstəğfürullah, bu gün ermənilər Qurandan don geyib qarşımızda dursalar belə, bilməliyik ki, bu donun altında hər an xəyanət edəcək bir şeytan, iblis dayanır. Bu gün biz deyirik ki, ermənilərlə dinc yanaşı yaşamağa hazırıq, gerçəkdən də bir millət olaraq buna hazırıq, zatən türklər tarix boyu müxtəlif xalqlarla iç-içə, qonşuluqda yaşayıb və bundan hamı məmnun qalıb. Lakin ermənilər buna qadir deyillər, olmayacaqlar da, olmaları mümkün də deyil. Bəs nəticəsi? Nəticəsi o olacaq ki, ya “pis qonşu” olaraq qalacaqlar, ya da indiyə qədər olduqları kimi, harada günləri xoş keçəcəksə, çıxıb o ölkələrə gedəcəklər.

Azərbaycanla yanaşı bu ölkənin həm də Gürcüstana qarşı torpaq iddiaları var. Qərbi Azərbaycan bu iddiaların Gürcüstanda geniş ictimaiyyətə çatdırılması baxımından hansı fəaliyyətləri nəzərdə tutub?

– Tək Gürcüstana yox, ermənilərin ermənilər yaşayan bütün ölkələrə torpaq iddiası var, o cümlədən Türkiyəyə, Rusiyaya, İrana. Artıq iddia edirlər ki, Afrikanın bütün şimal əraziləri ermənilərin olub, Böyük Britaniyanın ilk sakinləri ermənilər olub. 4500 il əvvəl çağdaş erməni dilində “yerevume”, “yereval”, yəni “görünür”, “göründü” deyərək guya indiki Yerevan (1936-cı ilə qədər İrəvan) şəhərinin yerini nişan verdiyini iddia edən bir toplumdan bundan artıq nə gözləmək olar ki. Bütün dünya bilir ki, Gürcüstanın bugün ermənilər yaşayan Cavaxetiya bölgəsində 1944-cü ilə qədər Mexseti (Massaget) türkləri yaşayıblar, 1944-cü ildə Sovet rəhbəri İ.V.Stalinin fərmanı ilə buradakı türklər Orta Asiyaya sürgün olunublar və bundan sonra ora erməni əhali köçürülüb. İndi ermənilər iddia edir ki, ora tarixi erməni ərazisi olub və bu ərazi Gürcüstandan alınıb, Ermənistana birləşdirilməlidir. İndi gürcülərin bir yolu qalıb: bizim Qarabağda elədiyimiz kimi, erməniləri “iti qovan kimi” qovmaq və qovacaqlar da. Bizim ermənilərin bu iddialarını Gürcüstanda geniş ictimaiyyətə çatdırmağımıza ehtiyac yoxdur, hər şey göz önündədir, biz Azərbaycan olaraq gürcü qardaşlarımıza Qarabağdakı 44 günlük müharibəmizlə məsələni necə həll etməyin yolunu göstərdik.

Türkiyə haqqında isə ümumiyyətlə danışmaq istəmirəm. Zatən müqəddəs Ağrı dağının rəsmi onların gerblərində əks olunub. Qərbi Azərbaycan icması olaraq Türkiyədəki QHT-lərlə bərabər hansı addımları atacaqsınız?

– Bilirsinizmi ermənilər niyə Ağrı dağının rəsmini öz gerblərinə həkk ediblər? Çünki bu coğrafiyanın ən qədim tarixi Ağrı dağı və Nuhun tufanı ilə bağlı miflərdən başlayır. Ermənilər də özlərinin bu ərazinin ən qədim sakinləri olmaq iddialarını sübut etməyin yolunu bu coğrafiyanın mifik tarixini mənimsəməkdə görürlər. Yəni Ağrı dağı bunlarındırsa, Nuhun tufanı da bunlarla bağlıdır. Ona görə də iddia edirlər ki, guya Nuh da ermənidir. Əgər Nuh ermənidirsə, demək bütün bəşəriyyət ermənilərdən başlayır. Aydındırmı? İndi deyin görüm, bu qədər xəstə bir toplumu təzədən qaytarıb adam eləmək və onlara adam dilində nəyisə başa salmaq mümkündürmü? Xeyr və min dəfə xeyr!

O ki qaldı Qərbi Azərbaycan İcması olaraq Türkiyədəki QHT-lərlə əməkdaşlığımız məsələsinə, bizim belə bir əməkdaşlığımız artıq var. Biz keçən il Bakıda İzmirdəki Çağdaş Azərbaycan Kültür Dərnəyinin başqanı Cemal Mehemmedhanoğlu ilə “Dostluq və əməkdaşlıq” protokolu imzaladıq. Hazırda bizim Türkiyənin tanınmış ictimai-siyasi xadimi Murtaza Karaçantanın şəxsində Türkiyə təmsilçimiz, araşdırmaçı yazar Dərya Akdemirin şəxsində Ankara təmsilçimiz var. İstambuldakı, Manisadakı Azərbaycan Kültür Dərnəkləri ilə əməkdaşlıq edirik. Gələcəkdə əməkdaşlığımızın daha da genişlənəcəyini, erməni yalanlarının ifşası, Azərbaycan və Türkiyə həqiqətlərinin dünyaya çatdırılması istiqamətində daha səmərəli fəaliyyət göstərə biləcəyimizi düşünürəm.

Bir sualım da olacaq Türkiyə barəsində. Bilirsiniz ki, Türkiyədə də yetərincə əslən qərbi Azərbaycandan olan soydaşlarımız məskunlaşıblar. Onların da siyahıya alınması və vərəsəlik hüquqlarının təmini ilə bağlı addımlar atılacaqmı?

Son iki yüzildə Qərbi Azərbaycan torpaqları erməniləşdirildikcə buradakı türk-müsəlman əhali qovulub çıxarılıb və onların böyük bir hissəsi də müxtəlf zamanlarda qardaş Türkiyə ərazisində məskunlaşıblar. Bu da normaldır, çünki İrəvan mahallarının çox hissəsi Türkiyə ilə sərhəddə yerləşibdir. Biz Azərbaycan türkləri necə ki, Türk dünyasının, böyük Türk millətinin bir parçasıyıq, Türkiyədəki Azərbaycan kökənli insanlar da bizim bir parçamızdır. Təbii ki, onlar da zaman-zaman erməni zülmünə məruz qalıb, dədə-baba yurdlarından qovulublar, onların da haqq və hüquqları tələb olunacaqdır. Biz bu istiqamətdə əlimizdən gələni edəcəyik.

Sonda Zəngəzur yolu ilə bağlı düşüncələrinizi öyrənmək istərdim. Bu yol Qərbi Azərbaycanımız, AZƏRBAYCANımız və ümumilikdə Türk dünyası üçün nə kimi önəmə sahibdir?

– Zəngəzur Azərbaycanın ən qədim torpaqlarından biridir, o torpaqlarda bizim qədim tariximiz yatır. Ermənilərin o torpaqlara köçürülməsinin yüz illik tarixi var. Sovet dövlətinin ilk illərində o torpaqlar Azərbaycandan zorla alınaraq ermənilərə verilib. Sonra 70 illik Sovet dönəmində o torpaqlar erməniləşdirilib. 1988-1991-ci illərdə isə bu ərazinin 61 kəndindən azərbaycanlılar vəhşiliklə qovulub. Ermənilər indi bunu etiraf etmək istəmirlər, amma etməlidirlər və ilkin mərhələdə azərbaycanlıların öz kəndlərinə qayıdıb, öz evlərində yaşamalarına şərait yaratmalıdırlar. Əks-təqdirdə biz həmin yurdlarımıza qayıtmağın yolunu artıq bilirik. Zəngəzurun Azərbaycana və yaxud azərbaycanlılara qaytarılmasının Türk dünyası üçün çox böyük önəmi var, Türklər böyük Avrasiya məkanının tarixi sakinləridirlər və bu məkandakı xalqların böyük əksəriyyəti Türklərdən ayrılıb, yaxud törəyiblər. Elə Avropanın böyük qismi barbar German xalqları ilə Hun türklərinin qarışığından törəmişdir. Azərbaycanın Zəngəzur bölgəsinin öz sahibinə – Azərbaycana qayıtarılması ilə Türk dünyası öz bütövlüyünə yenidən qovuşacaqdır. Bu, təkcə Türk xalqları üçün yox, təkcə bu regionda yaşayan xalqlar üçün yox, bütün dünya üçün, dünyanın əmin-amanlığı üçün də əhəmiyyətlidir. Çünki harada Türk varsa, orada sülh var, orada əmin-amanlıq var!