Əziz Ələkbərli Zəngəzur və Loru mahallarının icma nümayəndələri ilə görüşmüşdür   – FOTOLARbackend

Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun və Loru mahalının Allahverdi rayonunun icma nümayəndələri ilə görüşmüşdür.

“Yeni Gündəm”in məlumatına görə, görüşdə Qafan və Allahverdi rayonlarının kənd icmalarının formalaşması ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Görüşdə QAİ sədrinin İcmalarla iş üzrə sədr müavini Fəqan Bəhrəmov, Qafan rayon icmasının sədri Polad Poladov və Allahverdi rayon icmasının sədri Məhəmməd Vəliyev də iştirak etmişlər.