Facebook reklam qadağasını ləğv etdibackend

Facebook, ABŞ-da 2020-ci il noyabrında seçkilərindən sonra müvəqqəti olaraq tətbiq etdiyi siyasi və sosial mövzulardakı reklam qadağasını ləğv edib.

“Yeni Gündəm” xəbər verir ki, qadağa ləğv edildikdən sonra ABŞ-da siyasətçilər və sosial qruplar bu gündən etibarən Facebook və Instagram-da reklam yerləşdirə biləcəklər.

Qeyd edək ki, Facebook sosial media şirkəti, keçən ilki prezident seçkilərində 3 noyabr 2020-ci ildə “xaosun və dezinformasiyanın qarşısını almaq” üçün reklamlara qadağa qoymuşdu.