“Facebook”, “WhatsApp” və “Instagram”ın işində problem yarandı – YENİLƏNDİbackend

“Facebook”, “WhatsApp”, “Instagram” kimi beynəlxalq platformalara daxil olmaqda problem yaranıb.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, problem lokal deyil, qlobal xarakter daşıyır.

***

20:03

Azərbaycanda sosial şəbəkələrin işində problem yaranıb.

“Yeni Gündəm” xəbər verir ki, istifadəçilər “Facebook”, “Instaqram” sosial şəbəkələrinə giriş edə, “Whatsap” tətbiqindən istifadə edə bilmirlər.

Problemin səbəbi hələlik açıqlanmayıb.