Faciəli şəkildə ölən müəllimə ilə bağlı SİRLƏR AÇILDI – Polis ilə gizli eşq yaşayırmışbackend

Serbiyada 2 uşaq atası 31 yaşlı polis məmuru gizli eşq yaşadığı qadının onu tərk etməsinə əsəbləşərək özünü və sevgilisini maşında partladıb.

“Yeni Gündəm” xəbər verir ki, Serbiyada Vojvodina bölgəsində yaşayan evli, 2 uşaq atası Pavle Rakonjak, qızının getdiyi bağçada dərs deyən müəllimə ilə gizli eşq yaşayıb. Məmur və Marina adlı sevgilisi 2 ilə yaxın gizli münasibətdə olublar. Bağça müəlliməsi olan gənc qadın sevgilisindən ayrılmaq istəyib. Marinanın yaxın dostları bildiriblər ki, o sevgilisindən ayrılıb, həyatında yeni səhifə açmağa qərar verib. Hətta buna görə işdən də çıxıb. Lakin Rakonjak sevgilisinin ayrılmaq fikrindən daşınmadığını görüb, əsəblərini cilovlaya bilməyib. O sevgilisinin və özünün olduğu ”Opel Vecrta” markalı avtomobilini əl bombası ilə partladaraq havaya uçurub. Nəticə də hər iki aşiq partlama nəticəsində həyatını itirib. (ölkə.az)