Faiq Ağayev: “O yalançı “imam Mehdi”ni qoyun bir kənara…”backend

“O yalançı “imam Mehdi”ni qoyun bir kənara. Adam “moşennik”dir, adı üstündə. Bəs ona inanan, sonuncu qəpiyindən belə keçən cahil, avam, geridəqalmış, savadsız kütlə? Onları da, sevdiyiniz “zarafat”dakı kimi, pakistandan göndəriblər bura?”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Xalq artisti Faiq Ağayev bildirib.

“Cinçıxarma”, “ərqaytarma”, “bəxtaçma” elanlarından can qurtarmaq olmur internetdə. “Bolt”un reklamına meydan oxuyur o elanlar. Hələ də Əfqanıstanın orta əsrlərdə qalmasına “heyrətlənirsiz”?..- F.Ağayev qeyd edib.