Fanatının bu hərəkəti Ronaldonu özündən çıxardı – Videobackend

Dünən Çempionlar Liqasının qrup mərhələsinin sonuncu-6-cı turunda “Yuventus”-“Bayer” qarşılaşması zamanı gözlənilməz hadisə yaşanıb.

“Yeni Gundem” xəbər verir ki, oyun zamanı futbolçu Kriştiano Ronaldonun fanatlarından biri meydana qaçaraq onun boynundan tutub. Onunla selfi etmək istəyən fanatının bu hərəkəti Ronaldonu özündən çıxarıb. Belə ki, meydana qaçan şəxs futbolçunun boynunu cızıb və o dərhal meydandan uzaqlaşdırılıb.

Əsəbiləşən Ronaldonu isə digər oyunçular sakitləşdirib.