FAO-nun Baş direktoru Azərbaycan Prezidentini təbrik etdibackend

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş direktoru Qu Donqyu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

“Yeni Gündəm”-in məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı çatdırıram. Xalqınıza sülh və firavanlıq diləyirəm”.