Fatma Səttarova Müharibə Veteranlarının Respublika Xəstəxanasının həkim kollektivini təbrik edib – FOTObackend

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov 17 iyun – Tibb işçilərinin peşə bayramı münasibəti ilə Müharibə Veteranlarının Respublika Xəstəxanasını ziyarət edib, xətəxananın həkim kollektivi ilə görüşüblər.

”Yeni Gündəm” xəbər verir ki, qonaqları salamlayan Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva, peşə bayramı günündə həkimləri yad etdiklərinə görə tibb işçiləri adından Fatma Səttarovaya öz təşəkkürünü bildirib.

Uzun illərdir ki, sözügedən xəstəxanada veteranların yüksək səviyyədə müalicə aldığınına diqqət çəkən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova,

veteranlara göstərdikləri qayğıya görə xəstəxananın rəhbərliyinə və tibb heyətinə öz təşəkkürünü bildirib, onları Təşkilatın Fəxri Fərmanları ilə təltif edib.

Görüşdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov veteranların müalicəsində Müharibə Veteranlarının Respublika Xəstəxanasının həkim kollektivinin böyük əməyi olduğunu vurğulayıb. Polkovnik qeyd edib ki, məhz həkimlərimizin fədakarlığı sayəsində istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində minlərlə döyüşçünün həyatını xilas etmək mümkün olub.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyevin də iştirak etdiyi tədbirdə dövlətin tibb işçilərinə olan diqqət və qayğısından məmnunluqla bəhs olunub, bu sahədə həyata keçirilən islahatların cəmiyyətdə təqdirlə qarşılandığını vurğulanıb.