Fazil Mustafanın həyat yoldaşından açıqlama: “Hadisə zamanı mən və qızım da…” – VİDEObackend

Ötən gecə sui-qəsdə cəhd olunan deputatı Fazil Mustafanın həyat yoldaşı Zülfiyyə Mustafa hadisə barədə ilk dəfə açıqlama verib.

“Yeni Gundem” “Xəzərxəbər”ə istinadən xəbər verir ki, Zülfiyyə xanım millət vəkilinin hazırda vəziyyətinin yaxşı olduğunu da deyib:

“Çox şükür əməliyyatdan sonra vəziyyəti yaxşıdır. Özünü toparlaya bilib. Səhhəti stabildir. Hadisə zamanı mən və qızım da orada idik. Fazil  avtomobilində vuruldu”.

Xatırladaq ki, gecə saatlarında saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı Sabunçu rayonu Zabrat qəsəbəsində yaşadığı evin qarşısında sui-qəsd olunub. O, çiynindən və ayağından güllə yarası alıb və təcili xəstəxanaya yerləşdirilib.