“Fəaliyyətimə verilən bu qiymət əvəzsizdir” – Əkbər Əlizadəbackend

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev bir sıra incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatının verilməsi haqqında sərəncam imzalayıb.

“Yeni Gündəm” xəbər verir ki, mükafat alanlar sırasında Azərbaycanın əməkdar artisti, tanınmış aktyor və aparıcı Əkbər Əlizadə də yer alıb.

Təəssüratlarını saytımızla bölüşən aktyor bildirib ki, bu ənənə Ümummilli lider Heydər Əliyevdən qalıb: “Mən 1994-cü ildən Ulu Öndərin iştirak etdiyi əhəmiyyətli tədbirlərdə mütəmadi olaraq aparıcı qismində iştirak etmişəm. Bu gün də Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin bütün sahələrə göstərdiyi qayğı kimi, incəsənət sahəsinə də göstərdiyi diqqət məni çox fərəhləndirir. Bu günlərdə Türk dünyasının paytaxtı elan olunmuş Şuşada müxtəlif mədəni tədbirlər keçirilməsini xüsusilə qeyd etməliyəm. Bunların hamısı dövlət başçımızın səyi nəticəsində ərsəyə gəlir. Bu gün yaradıcılığıma, fəaliyyətimə verilən bu qiymət əvəzsizdir. Artıq neçə illərdir ki, fasilələrlə olsa belə Prezident mükafatına layiq görülürəm. Keçən il də bu mükafata layiq görülmüşdüm. Bu il də yenidən mükafatlandırılmağım ailəmi, sənət dostlarımı, tamaşaçılarımı sevindirdi. Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü və minnətdarlığımı bildirir, ona can sağlığı arzu edirəm. Arzu edirəm ki, bu sevinc hissini yaşamayan sənət dostlarım da yaşasınlar”.

Prezident mükafatına layiq görülənlər arasında Azərbaycanın daha bir Əməkdar artisti, tanınmış akyor Ayşad Məmmədov də var.

Ayşad Məmmədov-65 – AKI

Aktyor bildirib ki, bu xəbəri alanda o Türkiyədən festivaldan qayıdırmış: “Biz dostlarımızla birgə Türkiyədən festivaldan gəlirdik, xəbəri aldğımızda da elə avtobusda idik. Onların da bəziləri bu mükafata layiq görülüb. Əlbəttə ki, hamımız bu mükafata layiq görüldüyümüzə görə sevinirik. Dövlət başçımıza əməyimizə verdiyi qiymətə görə təşəkkürümüzü bildiririk”.