Fəaliyyətini bərpa edəcək yol Azərbaycandan keçir – ŞƏRHbackend

Azərbaycan bu gün dünyanın ən güclü iqtisadi güclərindənbirinə çevirməyi bacarıb. Əlbəttə bunun səbəbi illərlə aparılan uğurlu danışıqlar, ağıllı diplomatiya, və müsbət münasibətlərdir.

Həmçinin Uca Yaradanın da bizə bəxş etdiyi tale burda mühüm rol oynayır. Hər kəs çox gözəl bilir ki, həmyeraltı, həm yerüstü sərvətlərinə malik olan vətənimiz iki hegomon ölkənin arasında yerləşir. Vurğulamaq yerinə düşər ki, yerləşdiyimiz məkanda ayrı bir sərvətimizdir. Aparılan böyük irimiqyaslı danışıqlar, qurulan əlaqələr bizi qonşularımızla birlikdə böyük zirvələrə yüksəldib. Hərtərəfli müttəfiqlilik hər üç ölkə üçün regionda, beynəlxalq arenada böyük imkanlar qazandırıb. Həmçinin nəqliyyat -kommunikasiya əlaqələrinidə buna əlavə etmək yerinə düşər. Əsası 2000 ci ildə qoyulan və dünyanın 13 ölkəsini təşkil edən Şimal-Cənub sazişinə ölkəmiz 2005 ci ildə qoşulub. Azərbaycan tərəfinin lahiyə üzrə gördüyü uğurlu işləri isə aşağıdakılardır.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli Sərəncamının icrası olaraq, aşağıdakı tədbirlər görülüb.

Astara (AR) – Astara (İİR) dəmir yolu xəttinin Astaraçayüzərindəki körpüyə qədər 8,3 km yeni yol tikilib; Astaraçayüzərində dəmiryol körpüsü inşa olunub; Astaraçay üzərində dəmiryol körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 km yol çəkilib.

Azərbaycan tərəfi Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşasını davam edir. Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün:

6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) sahəsinin rəsmi açılış mərasimi keçirilib; İran İslam Respublikası ərazisində Rəşt – Astara (167 km) sahəsində dəmir yolu tikilməlidir.

28 mart 2018-ci il tarixində İran İslam Respublikası Prezidentinin Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara – Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş” imzalanıb. Dəhliz çərçivəsində bütün infrastruktur layihələri tamamlandıqdan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili mümkün olacaqdır. Dəhlizlə ilkin olaraq il ərzində 5 mln. Ton yükün daşınması, gələcəkdə isə 10 mln. Tona qədər artırılması planlaşdırılır. İran tərəfdən əsasən neft və neft məhsulları, mineral gübrələr, sement, kimyəvi məhsullar və s., İran istiqamətində isə taxıl məhsulları və meşə materialları daşınır.

Dünən isə lahiyənin inkişaf etdirilməsi məqsədi ilə üç ölkənin nümayəndə heyəti Rusiya Baş nazirinin müavini, Azərbaycan Baş nazirinin müavini,və İranın Yol və şəhərsalma naziri arasında görüş keçirildi.

Görüşdə çox ciddi məsələlərə toxunuldu. Yekunda isə Bakı Bəyannaməsi imzalandı.

Beləlikə hər üç ölkə üçün yeni maraqları ortaya qoyan Bakı Bəyannaməsini Milli Məclisin deputatları ilə birgə şərh etdik.

Milli Məclisin deputatı Naqif Həmzəyev Yeni Gündəm”ə açıqlamasında görüşdə çox mühüm məsələlərin müzakirə edildiyini,həmçinin dəhlizin fəaliyyətinin bərpa edəcəyi təqdirdə Azərbaycanın regionda artacaq rolundanda danışdı.

“Görüş “Şimal -Cənub “ nəqliyyat dəhlizinin inkişafı üçün çox böyük bir addımdır. Bir ay ərzində Rəşt-Astara yolunun saziş layihəsinin hazırlanmasına razılığ əldə edildi .Niyyət artıq ortaya qoyulub. 2030 cu ilə qədər 30 milyon ton tranzit, və ikitərəfli yüklərin təklif olunan hədəfləri nəzərə alınır. Eyni zamanda yük daşımaları zamanı tariflərin sadələşdirilməsi məqsədi ilə İşçi qrupunun yaradılması üçündə razılığ əldə edildi. Dəhliz yüksək sürətlə ən qısa zamanda fəaliyyətini bərpa edəcək. Azərbaycan göründüyü kimi yanlız neft-enerji resurslarını ixrac edən ölkə kimi deyil, həmçinin də nəqliyyat şəbəkəsini formalaşdıran ölkə halına düşüb. Dəhliz Azərbaycan iqtisadiyyatını gücləndirərək, regionda rolumuzu yüksəldəcək.”

Millət vəkili Azər Kərimli isə dəhlizin Azərbaycan üçün gətirdiyi uğurlarından danışdı.

“Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və bu müstəvidə əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı Bakıda Azərbaycan, İran və Rusiya arasında birgə bəyannamənin imzalanması önəmli hadisədir və hər üç ölkənin tranzit və iqtisadi imkanlarının genişləndirilməsinə xidmət edir. Qeyd edim ki, Azərbaycan bu layihədə mühüm rola malik olar dövlətlərdən biridir. Tranzit ölkə olaraq Azərbaycan hökuməti ilk növbədə Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttini inşa edərək İran ilə Azərbaycanın dəmir yolları sistemlərini birləşdirib. Bundan başqa, Bakı Limanında yenidənqurma işləri həyata keçirilib və yükdaşıma imkanları dəfələrlə artırılıb. Eyni zamanda, yeni Bakı-Astara avtomobil yolu da çəkilib ki, bu da dəhlizə daxil olan seqmentlərdən biridir. Bu isə o deməkdir ki, Azərbaycan tranzit ölkə olaraq üzərinə götürdüyü öhdəlikələri yerinə yetirib. Hazırda Rusiya 160 kilometrlik Rəşt-Astara dəmir yolunun tez bir zamanda istifadəyə verilməsinə çalışır ki, Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirsin. Azərbaycan ərazisindən keçəcək bu yol Rusiya, Azərbaycan və İranın dəmir yolları sistemlərini birləşdirəcək və ölkəmizin tranzit imkanlarını daha da artıracaq. Mövcud regional və qlobal geosiyasi reallıqlar çərçivəsindən yanaşsaq, hazırda həm Rusiyanın, həm də İranın təhlükəsiz və kənar faktorlardan asılı olmayan nəqliyyat dəhlizlərinə böyük ehtiyacı var. Azərbaycanın bu prosesdə birləşdirici tranzit ərazi funksiyasını yerinə yetirməsi ölkəmizin geostratejiəhəmiyyətinin artması baxımından da önəmlidir.Bununlabərabər, nəzərə almaq lazımdır ki, Şərq-Qərb nəqliyyat dəhlizinin də çox önəmli bir seqmenti Azərbaycan ərazisindən keçir. Bu isə o deməkdir ki, hər iki dəhlizin arasında sinerjininyaradılması üçün çox geniş imkanlar var. Azərbaycan isə, şübhəsiz ki, öz logistik və tranzit imkanları ilə bu prosesdə həm İran, həm Rusiya, həm də Şərqi Avropadan başlamış Hindistan, ön və Mərkəzi Asiya, eləcə də Fars körfəzinə qədər geniş bir ərazidə yerləşən dövlətlər üçün mühüm rol oynayacaq.”

İstər nəqliyyat -kommunikasiya, logistika, ticarət və digər əhəmiyyətli proseslərdə ölkəmiz çox böyük uğurlar qazanıb. Bu uğurlar təkcə bununla bitmir. Bu həmdə qonşularımızla güclü, sağlam münasibətlərinində olduğunu göstərir. Azərbaycan ərazisindən keçəcək yol İran İslam Respublikasını əlavə olaraq beynəlxalq dəmir yoluna birləşdirəcək. Çünki Şərq-Qərb lahiyəsinin yəni (Zəngəzur dəhlizi) nintamamlanması üçün işlər görülür. Şimal qonşumuz Rusiyayada böyük uğurlar gətirən bu dəhliz çətin bir durumda ona yardım göstərəcək. Beləliklə uğurlu siyasətin bariz göstəricisini hamımız çox yaxşı gördük. Beynəlxalq Dəhliz ölkəmiz üçündə böyük uğurlar gətirir.

İlk növbədə biz nəqliyyat şəbəkəsini formalaşdıran ölkəyə çevrilib, regionda yeni baxış tərzi yaratmış oluruq.

Fərahim RƏHİMOV

Yenigundem.az