Federasiya prezidenti koronavirusdan sağaldıbackend

Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza koronavirusdan xilas olub.

“Yeni Gündəm” xəbər verir ki, federasiyanın həkimlər komissiyasının rəhbəri Milko Ristiç onun sağaldığını və evə buraxılacağını deyib.

Xatırladaq ki, 42 yaşlı funksioner martın 13-də COVID-19-a yoluxmuşdu.