Fələstinli yeniyetmə güllələndibackend

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada, işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərinin Əmman küçəsində İsrail əsgərləri ilə baş verən hadisələr zamanı bir fələstinli gənci güllələyiblər.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, gəncin müalicə üçün xəstəxanaya aparıldığı paylaşılıb.

Anadolu Agentliyi (AA) müxbirinin çoxlu sayda İsrail qüvvələrinin buldozerlərin müşayiəti ilə yəhudi məskunlaşanları qorumaq üçün Nablusda ‘Yusuf Otoritesi’ olaraq bilinən yerə basqın etdiyi barədə məlumat aldığı şahidlər daha sonra o, əsgərlərlə fələstinlilər arasında toqquşma olduğunu bildirib.

İsrail əsgərlərinin real və rezin üzlüklü güllələrdən və gözyaşardıcı qazdan istifadə etdiyi hadisələrdə fələstinli gənclərin də yolları bağladığı, daş və molotof kokteyli atdığı bildirilib.

Bundan əlavə, Nablusda hərbi maşın keçərkən partlayıcının işə düşməsi nəticəsində 2 İsrail əsgəri yaralanıb. Hadisəyə görə məsuliyyəti İslami Cihad Hərəkatının silahlı qanadı olan Qüds Seriyyelerinin Nablus Briqadası öz üzərinə götürmüşdü.

Mənbə: EnSonHaber

Aynur Camal