Fərda Amin: “Ailə həyatım çox danışıldı, susdum – Yenə də susurambackend

“Ailə həyatım çox danışıldı, susdum. Yenə də susuram. Çünki bunları mən oğlanlarım Amin, Mətinlə danışacam. Heç onların fikrini də öyrənməyəcəm.

Görürsən, ata düzdü? İki tərəf arasında münaqişə varsa, hansı birini danışdırsan, o haqlı görünəcək. Mənim də haqsız tərəflərim var. Kişini ailədən, sevgisizlik, qayğısızlıq, dır-dır bezdirə bilər və susqunluq. Ondan pis şey yoxdur. Oturub, danışın, susmayın. Ailələrinizi qoruyun. Bu incə çizgini qorumaq, qadına düşür. Ərə getmək, fotosessiya edib, bəzənmək, gül atmaq deyil. Her şey hələ ordan başlayır. Bəlkə ya xoş günlərinin içində ən pisi və ya pis günlərinin içində ən yaxşısı o gündür elə. Sən toy, nişan, xınada görürdün axı ana-oğul arasındakı bağı. 2 gün sonra “anan mənə bunu dedi…” söhbətləri başlayır. O dediler… Mən ailəmi dağıdan idimsə, 7 il niyə ailəli qalırdım ki?! Allah mənə yenə 2 oğlan payı verdi, bunlar mənim qədərim idi. Kişi xəyanət etməməli, amma etməyinin də səbəbkarı qadındır. Kişi sevgisizlikdən o addımı atır. Bu gün tam olaraq xoşbəxtəm. İnsanın ən vəhşi halı bilirsən ne zaman olur? Qorxduğu şey ilə onu üzbəüz saxlayanda!”
…………………………………………………………
“1996-2000-ci illərdə fəaliyyətə başladım. Dövlət Televiziyasında, “Tək Səbr”‘ layihəsi və s. Mən onda Cem Yılmazı tanımırdım. Öz janrımda fəaliyyət göstərirdim. Cem Yılmaza oxşamaq, belə asandırsa, oxşayın da. Heç ona da oxşaya bilmirsiz axı…Azərbaycanın Cem Yılmazı deyirler, ona böyük hörmətim var. 25 ildir yazıram, mənim də haqqıma girməyin… İqtisad Universitetində oxuyurdum, bunun üstündə valideynlərimlə mübahisəm də düşürdü …”
………………………………………………………
“O dövrlərdə bizi qınayanlar, indi hardasız?! 2002-ci ildən çıxdıq, dediler boşluq yaxalayıblar. Bu bir təsadüfdür. O boşluq dolmadı daha?! Noldu elə Fərda, Elməddin, Müşviq? Bu kimi sözlər deyirdilər… Gedin film, serial çəkin də. Əlinizi, qolunuzu bağlayan var? Gördük də, qala gecəniz oldu, sabahısı gün kinoteatrdan silindi. O simanı da mən və kütlə yetişdirib. Deyirdilər, bunları yığışdırın, bunlar İncəsənət universitetini oxumayıb. Onlara sənətkar demirəm. Qeyri-sıradan insanlar mənim üçün. Kimsə üçün sənətkar ola bilərlər. Amma zaman göstərdi ki, biz elə bizik”.
……………………………………………………..
“Özümü tələbatlı aktyor hesab edirəm. Amma bu xalqın fikri. Mənim üçün ya 1 nömrə var ya da heç. Hər kəs özünü elə görür. Kim ki, deyir yox, yalandır. Ürəyində özünü elə görür. Özündən qabağa kimsə keçəndə, qıcıqlanır. “Stend-up” şou və çəkiliş meydançasında mənim kimisi yoxdur! Amma mən qorxmuram elə şeylərdən. Bütün bu yumorla məşğul olan və olmayan şəxslər. Vallah daha vecimə deyilsiniz. Adım o qədər hallanır, gəlib qulağıma çatır hamısı… Hətta reaksiya verməyə də həvəsim yoxdur. Sizin işiniz-gücünüz yoxdur? O adamı istər nə qədər ləkələ, ya qara piar apar amma onu tamaşaçısının gözündən bir qram da sala bilmərsən!”