Fərhad Əhmədovdan saxlanılma xəbərlərinə – REAKSİYAbackend

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov həbs olunması ilə bağlı mətbuatda yayılan xəbərlər haqda açıqlama ilə çıxış edib.

Yeni Gundem”ə daxil olan müraciətdə F. Əhmədov bildirib ki, son günlər barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

“KİV-də mənim DTX tərəfindən saxlanılmağım, mənə məxsus evlərdə axtarış aparılması və mənim casusluqda ittiham olunduğum haqda absurd ittiham səsləndirilir.

Mənim DTX tərəfindən saxlanılmağım və mənə qarşı hər hansı ittihamların irəli sürülməsi haqda məlumatlar həqiqətə uyğun deyil.

Tədqiqat və istintaq orqanlarına dəvət olunmaq cinayətdə ittiham olunmaq demək deyil.

Əfsuslar olsun ki, bu gün informasiya vasitələri gündəmdə qalmaq üçün mənim adımdan istifadə edirlər. Mənimlə bağlı əks-reklam xarakterli yazılar dərc olunur. Mən Rusiya Federasiyasının vətəndaşı olmaqla yanaşı azərbaycanlıyam və istər əvvəllər mövcud olmuş siyasi fəaliyyətimdə, istərsə də biznes fəaliyyətimdə vətənim olan Azərbaycana qulluq etmişəm”.

F. Əhmədov həmçinin qeyd edib ki, bu tipli yazıların dərc olunması onun nüfuzdan salınmasına xidmət edir.

F. Əhmədov eyni zamanda haqqında məlumat yayan mediaya bu xəbərin təkzib olunmasını, üzr istənilməsini tələb edib və bunun üçün 48 saat vaxt verib.