Fərhad Əhmədovun bank hesabları donduruldubackend

Adı son vaxtlar tez-tez qalmaqallı gündəmə çevrilən milyarder soydaşımız Fərhad Əhmədov barədə daha bir sensasiyalı məlumat əldə etmişik.

White & Case beynəlxalq hüquq firmasının saytında yerləşdirilən məlumata əsasən, (https://www.whitecase.com/publications/alert/switzerland-adopts-new-sanctions-line-eus-fifth-package) Fərhad Əhmədovun bank hesabları dondurulub. Belə ki, İsveçrə aprelin 8-də Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 5-ci paketə uyğun olaraq Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib.

İsveçrənin gördüyü tədbirlər Avropa İttifaqının sanksiyalar paketinə uyğun olaarq həyata keçiirlib. Sanksiyalar 200-ə yaxın rusiyalı şəxsin, o cümlədən azərbaycanlı əsilli milyarder Fərhad Əhmədovun da bank hesablarını və digər aktivlərini dondurub. Diqqətçəkən məqam odur ki, milyarder soydaşımız işğalçı prezident Vladimir Putinin ailə üzvləri ilə eyni vaxtda sanskiya altına düşüb.

Pia.az