Teymur Əhmədov adına “Aznar” Qapalı Səhmdar Cəmiyyəti barəsində inzibati protokol tərtib olunub.
“Yeni Gundem”-in xəbərinə görə, Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən yazıb.
İş Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin sədrliyi ilə araşdırılacaq.
Qeyd: Şirkət milyarder Fərhad Əhmədova məxsusdur.
Pravda.az