Fərid Səfərlidən məlumat yoxdurbackend

İranda itkin düşmüş azərbaycanlı tələbə Fərid Qabil oğlu Səfərli ilə bağlı məlumat yoxdur.

“Yeni Gundem” xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O, rəsmi Bakının Tehrandan cavab gözlədiyini bildirib: “Ona görə də tələbə axtarışı ilə bağlı son vəziyyətlə bağlı hələlik məlumatımız yoxdur”.

Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı Fərid Səfərli (1997-ci il təvəllüdlü) İranda itkin düşüb. Azərbaycan bununla bağlı İrana nota verib.

Fərahim Rəhimov