Fətullah Gülənı öldürüblər?backend

Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülən zəhərlənib və dünyasını dəyişib.

“Yeni Gündəm” xəbər verir ki, Gülən çərşənbə günü gecə ABŞ-ın Pensilvaniya ştatında yaşadığı evdə zəhərlənib. Gülənin ətrafında olan daha bir nəfər də zəhərlənərək ölüb.

Villanın əməkdaşlarına isə media ilə təmasdan yayınmaq tapşırılıb. Bu. Gülənə qarşı sui-qəsd kimi dəyərləndirilir.

Amerika polisi və mediası bu məsələ ilə bağlı hələ ki, məlumat yaymayıb.

Qeyd edək ki, Fətullah Gülən 2016-cı ilin iyulundan dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunur.