Fətullah Gülənin daha bir qohumu saxlanıldıbackend

FETÖ daxilində “bölgə üzrə tələbələrdən məsul” şəxs kimi fəaliyyət göstərən təşkilat lideri Fətullah Gülənin əmisinin nəvəsi İzmirdə saxlanılıb.

“Yeni Gündəm” xəbər verir ki, İzmir Təhlükəsizlik Müdirliyi Kəşfiyyat və Terrorla Mübarizə Şöbə qrupları tərəfindən aparılan istintaq çərçivəsində Gülənin əmisi Seyfəddin Gülənin nəvəsi Munisə Gülənin Qarabağlar mahalının Yaşar Kamal məhəlləsində bir ünvanda gizləndiyi aşkarlanıb.

Kəşfiyyat və Terrorla Mübarizə Şöbə qrupları tərəfindən həyata keçirilən əməliyyatla Munisə Gülən gizləndiyi evdə tutularaq nəzarətə alınıb. O, sağlamlıq müayinəsindən sonra dindirilmək üçün polis bölməsinə aparılıb.