Fevralın 1-dən metronuna açılması ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Sosial şəbəkələrdə fevralın 1-dən metronun açılacağı ilə bağlı məlumatlar yayılıb.

“Yeni Gündəm” xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metronun hansı tarixdə açılacağı ilə bağlı dəqiq məlumatın olmadığını bildirib:

“Metropolitenə bununla bağlı hansısa qərar daxil olmayıb. Nazirlər Kabineti yanında Operativ Qərargah səlahiyyətli olduğundan, bu haqda oradan daha dəqiq məlumat verə bilərlər”.

Məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədova sorğu göndərsək də, cavab ala bilmədik.