Fevralın 15-dən bağçalar da açılırbackend

Azərbaycanda 2021-ci il 15 fevral tarixindən məktəbəqədər təhsil müəssisələrində (bağça) də tədris bərpa olunur.

“Yeni Gündəm” xəbər verir ki, bu haqda Təhsil Nazirliyi məlumat yayıb.

Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə ənənəvi formada bərpa olunacaq.