Fəxrəddin Altun: Son illərdə baş verən hadisələr türk birliyinin nə qədər zəruri olduğunu bir daha ortaya qoydubackend

İstanbulda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin yüksəkvəzifəlirəsmilərinin 4-cü toplantısı keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, çıxışı zamanı sözügedən qurumun Türk Dövlətləri Təşkilatının əsasları ilə türk dövlətləri arasında koordinasiyanı artıracağına inandığını bildirən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun toplantının 13 May Türk Dili Bayramı gününə təsadüf etdiyini qeyd edərək bu münasibətlə təbriklərini çatdırıb.

Ortaq tarixin və əbədi qardaşlığın həm dərinləşən ikitərəfli münasibətlərdə, həm də türk dövlətlərinin birliyi ilə qorunub saxlanıldığını deyən Altun, 2009-cu ildə Naxçıvan Müqaviləsi ilə yaradılmış Türk Dövlətləri Təşkilatının 2021-ci ilə qədər Türk Şurası kimi xatırlandığını geçən il İstanbulda keçirilən zirvə toplantısında isə təşkilatın adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olaraq adlandırıldığını bildirib.

Təşkilatın 13 ildə böyük bir yol keçdiyini, birlik və ortaq iradəni təmsil edən dayanıqlı bir platformaya çevrildiyini vurğulayan AltunBaşda dövlət başçılarımız olmaqla bu işlərdə və təşkilatın bu hala gəlməsində əməyi olan hər kəsə təşəkkür etməyi borc bilirəm. Təşkilatımız türk dövlətlərini bir yerə toplayan, yaşadan, böyük tutan rolu oynayıb. Həmişə deyirik. Türk Dövlətləri Təşkilatı buna misaldır. Biz birlikdə güclüyük. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dediyi kimi “Türk Dövlətləri Təşkilatı eyni zamandaböyük bir könül birliyidir”. Bu könül birliyini siyasətdən iqtisadiyyata, sənətdən ünsiyyətə, təhsildən mədəniyyətə qədərbütün sahələrdə yeni körpülərlə möhkəmləndirməliyik və bu bunutəmin etdikdə daha da güclənəcəyik.”, – deyə bildirib.

Media, kommunikasiya və informasiya sahəsinin təşkilatın mühüm sütunlarından biri olduğunu qeyd edən Altun dövlət başçılarının da bu sahəyə xüsusi diqqət yetirərək prosesləri dəstəklədiklərini, Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin birgə keçirilən görüşlərinə böyük əhəmiyyət verdiklərini bildirib.

Sosial mediada dezinformasiya ilə mübarizə mövzusunun da gündəmlərindəki mühüm mövzulardan biri olduğunu bildirən Altun dezinformasiyaya qarşı müqaviməti artıracaq üsulları müzakirə etdiklərini vurğulayıb:

“Biz Türkiyə olaraq təəssüf ki, dezinformasiya və rəqəmsal faşizmin despotik fəaliyyətlərinə çox məruz qalan bir ölkəyik. Hətta qlobal dezinformasiya probleminə ən çox məruz qalan ölkələrin ilk sırasında olduğumuzu deyə bilərik. Təbii ki, bu da dezinformasiyaya qarşı mübarizədə milli və beynəlxalq media ilə yanaşı, sosial mediada da mühüm bir müqavimət potensialını inkişaf etdirməmizi və müəyyən mənada yol xəritəsi ortaya qoymamızıda bərabərində gətirdi”.

Bu informasiya və təcrübəni dost və qardaş ölkələrlə bölüşməkdən çəkinmədiklərini ifadə edən Altun keçən ilin iyul ayında Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən olan iştirakçılarla sosial media təlim proqramı təşkil etdiklərini və bunun bir çox təsirli proqram olduğunu və səmərəli nəticələr verdiyini söyləyib.

O, bildirib ki, media sahəsində yenə müxtəlif təlim və mübadilə proqramları həyata keçirməyi planlaşdırırlar və birlikdə səmərəli nəticələr əldə edəcəklər:

Türk dünyasının tarixini və bu gününü həm cəmiyyətlərə, həm də dünyaya daha doğru, daha təsirli və güclü şəkildə çatdıracaq televiziya və film çəkilişlərini də  həyata keçirəcəklərini qeyd edən Altun bu nöqtədə qətiyyət nümayiş etdirdiklərini, konkret layihələr üzərində işlədiklərini, bu məsələlərdə müştərək işlərin şaxələndirilməsini və saylarının artması üçün əməkdaşlıqlarını davam etdirəcəklərini bildirib.

F.Altun son illərdə türk coğrafiyasında və ətrafında baş verən hadisələrin türk birliyinin nə qədər zəruri və həyati olduğunu bir daha ortaya qoyduğuna diqqət çəkib:

“Olduğumuz hər yerdə türk varlığına yönəlmiş hücumlara və bizi yox saymağa çalışan təkəbbürlü cəhdlərə məruz qalmışıq və qalmağa davam edirik. “Post-truth” çağında dezinformasiya da bu cəhdlər üçün çox yayılmış sistematik bir təcrübəyə çevilib. Bu gün dezinformasiya ölkələrimizin və türk dünyasının bütövlüyünü hədəf alan problemə çevrilib. Dezinformasiya hər birimiz üçün milli təhlükəsizlik problemi olduğu kimi, həm də beynəlxalq problemdir. təhlükəsizlik problemidir. Bu gün beynəlxalq aləmdə türk dövlətlərinə qarşı informasiya müharibələri və dezinformasiya bombardmanları ilə qarşı qarşıyayıq. Bu səbəbdən dezinformasiyaya qarşı mübarizədə güclərimizi birləşdirməli, effektiv fəaliyyət və proaktiv addımlar həyata keçirməliyik”.

Türkiyə rəsmisi qeyd edib ki, rəqəmsal faşizm və rəqəmsal müstəmləkəçilik də fərdlərin, vətəndaşların və cəmiyyətlərin azadlığını, dövlətlərin müstəqilliyini və suverenliyini əngəlləməyə çalışan əsas problemdir:

“Bir ovuc media şirkətinin özlərini fərdlərin hüquq və azadlıqlarından, dövlətlərin suverenliyindən üstün görmələri və bu istiqamətdə proqramlarla qarşımıza çıxmaları həqiqi mənada beynəlxalq despotizmi və hökmranlıq nizamını ortaya qoyur. Biz buna etiraz etməliyik. Bu platforma bu etirazın beynəlxalq mənada cavab tapdığı mühüm platformalardan biridir. Biz təkcə bununla da qalmayıb, xüsusən də rəqəmsal məcralarda bütün bəşəriyyətin xeyrinə xidmət edəcək orijinal modellər və proqramlar hazırlamalıyıq. Yeni texnologiyaların və rəqəmsallaşmanın gətirdiyi imkanlarla yaşanan böyük və sürətli dəyişikliklər içndə əlbəttə ki, dəyişməyən həmişə həqiqət olmaqdır. Çünki vacib olan bir həqiqət var. Dəyişməyən tək şey həqiqətdir. Hər zaman olduğu kimi həqiqətə sahib çıxmağa davam edəcəyik. Həqiqət axtarışlarını boğmağa çalışanlara fürsət verməyəcəyik”.

Altun, sosial medianın nüfuza sui-qəsd və sosial mühəndislik kimi zərərli məqsədlər üçün istifadəsinə icazə verməyəcəklərini bildirib.

Bu baxımdan hüquq və təhsil imkanlarından yararlanmağa davam edəcəklərini ifadə edən Altun “Vətəndaşlarımızı və ölkəmizi, eləcə də kiber vətənimizi bütün lazımi üsul və vasitələrlə müdafiə edəcəyik. Göstərəcəyimiz ortaq iradə, ölkələrimizdəki beşinci kolon fəaliyyətlərinin qarşısının alınması üçün də mühüm fürsət olacaq.

Türk dövlətləriolaraq media və kommunikasiyanın bütün sahələrində fəal olmağa çalışırıq, bu mənada əməkdaşlıq və güc birliyi edirik. Türk dünyasının səsini beynəlxalq arenada eşitdirmək üçün bütün ünsiyyət vasitələrimizlə çiyin-çiyinə meydanda olmaq üçün səy göstəririk. Bu addımların bəhrələrini daha məhsuldar bir şəkildə görəcəyimizi düşünürəm”, – deyib.

Ölkələr arasındakı həmrəyliyin və əməkdaşlığın nə qədər müsbət olduğunun yaxın zamanda şahidi olduqlarını qeyd edən Altun sözlərinəbelə davam edib: “Kovid-19 pandemiyası zamanı dövlətlərimiz arasındakı həmrəylik buna misaldır. Həmçiniun şanlı qələbə ilə taclanmasından qürur duyduğumuz Qarabağ müharibəsi zamanı göstərdiyimiz həmrəylik buna bir nümunədir. Qarabağ zəfərinə gedən yolda informasiya cəbhəsində də Azərbaycan ilə birlikdə böyük bir  mübarizə apardıq. Yerləşdiyimiz coğrafiya və yaşadığımız zamanla bağlı olaraq regional və qlobal həmrəylik əhəmiyyət qazanıb. Türk Dövlətləri Təşkilatının çətiri altında ortaq dil və ortaq tarix yanında ortaq gələcəklə bağlı ortaq məxrəcə gəlməyimizin əhəmiyyətini aydın şəkildə dərk edirik. Liderlərimizin iradəsinin media və kommunikasiya sahəsində də özünü büruzə verməsi baxımından hamımız məsuliyyət daşıyırıq. Biz bu çətiri ortaq media və ortaq kommunikasiya sütunları ilə gücləndiririk. Bütün bu işlərin regionumuz və dünya üçün yaxşı nəticələr verəcəyinə inanıram”.

Yenigundem.az