FHN: Bakıda binanın sütunlarını kəsənlər məsuliyyətə cəlb olunacaqlarbackend

“Bakı şəhərində 21 mərtəbəli binanın zirzəmisində beton sütunları kəsilib”.

Bu barədə Nərimanov rayonu, Ceyhun Hacıbəyli, 24 ünvanında yaşayan sakinlər məlumat veriblər.

Sakinlər bildiriblər ki, çoxmərtəbəli yaşayış binasının bünövrəsində dağıntı işləri aparılır:

“Binanın mənfi ikinci qatında betonu sökürlər. Bizə bildirirlər ki, sökülən beton pərdələrdir və heç bir təhlükə yoxdur. Binanın daşıyıcı sütunları yoxlanılmalı və aparılan araşdırma nəticəsində möhkəmləndirilməlidir”.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi əraziyə baxış keçirib.

Agentliyin Bakı şəhəri üzrə tikinti müfəttişi Bəxtiyar Tağıyev jurnalistlərə açıqlamasında bildirib ki, binanın dayanıqlığında problem yoxdur:

“FHN-in mütəxəssisləri araşdırma aparıblar və ilkin nəticələrə görə, sosial şəbəkələrdə binanın sütunlarının sökülməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil. Binanın mənfi birinci və mənfi ikinci mərtəbələrində beş oxarası hissədə sütunlar arasında layihə ilə nəzərdə tutulmuş dəmir beton monolit divarlarda mövcud olan boşluqların kənarları genişləndirilib. Bura sadəcə avtomobil dayanacağı üçün istifadə oluna bilər. İşlərin məqsədi zirzəmidə sakinlərin öz avtomobillərini rahat yerləşdirmələrini təmin etmək olub”.

O qeyd edib ki, qurum tərəfindən mövcud vəziyyət aktlaşdırılıb:

“Bakı şəhər və Nərimanov Rayon İcra hakimiyyətləri nümayəndələri bizimlə əraziyə baxış keçiriblər. İlkin addım kimi, binanın sifarişçisi tərəfindən tikilinin dayanıqlığı ilə bağlı təkliflər hazırlansın, gücləndirmə işlərinin görülməsi təmin edilsin. Eyni zamanda buradakı beton pərdələrlə bağlı qanun pozuntusu edQən şəxslər barədə hüquqi addımlar atılacaq. Həmin şəxslər müəyyən edildikdə cəzalandırılacaqlar. Böyük ehtimalla o insanlar bu binada yaşayırlar”.

B.Tağıyev əlavə edib ki, binada ümumi beş oxarası hissədə sütunlar arasında layihə ilə nəzərdə tutulmuş dəmir beton monolit divarlarda mövcud olan boşluqların kənarları genişləndirilsə də, yalnız bir yerdə bu hal təzə edilib:

“HAa1Dörd yerdə isə pərdə betonlar çoxdan sökülüb. Bu gün binanın dayanıqlığında hazırda problem yoxdur. Daşınmaz əmlak istifadəyə verildikdən sonra tikilinin dayanıqlığını təmin etmək sakinlərin birbaşa öz maraqlarındadır. Burada xoşagəlməz hal baş verərsə, onların sağlamlığına, əmlakına təhlükədir. Beton pərdələrin gücləndirilməsi MTK-nın öz üzərinə düşür”.

“Bakı şəhəri səkkiz ballıq seysmik zonada yerləşir. Son zəlzələ Bakı şəhərində 2000-ci ildə baş verib. Bundan sonra paytaxtda seysmik bal dərəcəsi səkkiz təyin edilib. Bina səkkiz bala uyğun hesablanıb”, – deyə o vurğulayıb./Oxu.az