FHN: Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olubbackend

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 131 m² olan 3 otaqlı mənzilin eyvanı 4 m² sahədə, kondisioner və kombi avadanlığı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.