FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı – YENİLƏNDİbackend

Bakıda mağazada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nizami rayonunda ümumi sahəsi 30 m² olan tikinti materialları satışı mağazasının döşəməsi 10 m² sahədə və taxtadan ibarət arakəsmə divarı 9 m² sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik ticarət mərkəzi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

08:15

Bakının Nizami rayonunda “Kainat” ticarət mərkəzində yanğın başlayıb.

“Yeni Gündəm”-in xəbərinə görə, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Ərazidən fotonu sosial şəbəkədə jurnalist Sevinc Ələkbərova paylaşıb.