FHN Gəncədəki yanğınla bağlı məlumat yaydı – YENİLƏNDİbackend

Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən partlayışla bağlı məlumat yayıb.

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Nəticədə mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 32 m² sahədə və binanın çardağı 25 m² sahədə yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin pəncərə çərçivəsi yerindən çıxıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziyad oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

09:09

Gəncə şəhərində beş mərtəbəli binada baş vermiş yanğın söndürülüb.

Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsi, bina 9,  mənzil 20-də (ümümi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə) baş vermiş yanğın artıq söndürülüb.

Hadisə yerinə 8 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğının qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir.

Xatırladaq ki, hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun meyiti aşkarlanıb.

Report