FHN-in intim videoları yayılan qadın əməkdaşlarından xəbər varbackend

Ölkə gündəminə bomba kimi düşən və skandal yaradan Fövqaladə Hallar Nazirliyinin intim görüntüləri yayılan qadın əməkdaşları Türkiyəyə qaçıb.

Onlar baş verən hadisələrdən dərhal sonra ölkəni tərk ediblər. İddialara görə, Türkiyəyə gedən qadınlar sığınacaq tapıblar və təhlükəsizliklərini qorumaq üçün canlarını qurtarıblar.
Qeyd edək ki, Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyevin kabinetində cinsi əlaqədə olduğu FHN əməkdaşları ilə videoları yayılmışdı və böyük əks-səda doğurmuşdu. Z.Mirzəyev üç maddə üzrə cinayət işi açılıb və həbs edilib.
Bir müddət əvvəl xəbər yayılmışdı ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Kadrlar şöbəsinin Aytəkin adlı inspektoru yuyucu vasitə olan “Domestos” içərək özünə qəsd etmək istəyib. Qadın sağ qalsa da, səs telləri və mədəsi yanıb. Hazırda müalicə olunur.
Məlumatda həmçinin o da vurğulanır ki, intim videolardakı digər uniformalı qadın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin məxfi şöbəsinin rəisi, mayor Aytən Nəsirovanın həyat yoldaşı və qardaşı da həmin idarədə işləyirmiş.
Onların ikisi də biabırçı hadisədən sonra ərizə yazıb işdən çıxıb. A.Nəsirovanın uzun ildən sonra dünyaya gətidiyi yeganə azyaşlı qızının yoldaşı tərəfindən ondan alındığı deyilir.

//tia.az