FHN-nin ikinci səhra xəstəxanası Türkiyədən Bakıya gətirildibackend

Fövqəladə Hallar Nazirliyinin ikinci səhra xəstəxanası Türkiyədən Bakıya gətirilib.

“Yeni Gundem” xəbər verir ki, fəlakət zonasında tibbi infrastrukturun bərpası nəzərə alınaraq Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün qardaş ölkəyə ezam olunmuş Fövqəladə Hallar Nazirliyinin ikinci səyyar səhra xəstəxanası Bakıya gətirilib.

Kahramanmaraş vilayətində yaradılmış Fövqəladə Hallar Nazirliyində zəruri tibbi ləvazimat, dərman və preparatlarla təchiz edilmiş iki səyyar səhra xəstəxanasında 684-ü uşaq olmaqla, ümumilikdə 3123 zərərçəkmişə yüksək səviyyədə xidmət göstərilib.

Fərahim Rəhimov