FHN-nin polkovnikinə cinayət işi açıldıbackend

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Quba rayonunda yerləşən N saylı hərbi hissəsinin sabiq komandiri, polkovnik Ehtiram Nəzərov barəsində cinayət işi başlanılıb.

“Yeni Gündəm”-in xəbərinə görə, onun barəsində Cinayət Məcəlləsinin 312.1-ci (rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Azər Əliyev tanınır.

E.Nəzərovun cinayət işi üzrə ibtidai istintaqı artıq yekunlaşdırılaraq, Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş hakim Aslan Kalbalıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 10-na təyin edilib.

unikal.org