“Filankəs dedi ki, filankəs gördü ki” yanaşması peşəkar yanaşma deyil – Nuridə Allahyarovabackend

“Sosial media seqmenti önəmli məlumat platformasıdır. Ancaq təəssüflər olsun ki, bu gün ehtimallar, iddialar üzərindən yol alan platforma. Son xəbərlərlə bağlı yazılan bütün materialları diqqətlə izləyirəm. Rəsmi mövqeyi maksimum diqqətinizə çatdırmağa çalışıram. Amma xəbərin “gözünə qatıb” şəxsi mülahizələri, şəxsi motivləri qabartmaq bizə yaraşmaz”.

“Yeni Gundem”-in xəbərinə görə, bunu Mədəniyyət Nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

“Səhv, nöqsan hər sahədə ola bilər və  nöqsanla bağlı yayılan tutarlı məlumatlardan daha çox “filankəs dedi ki, filankəs gördü ki” yanaşması peşəkar yanaşma deyil. 7/24 mobil nömrəmi hər kəs üçün açıb, suala cavabım varsa, onu əsirgəməmişəm.. Ancaq cavabı təhrif etmək, mövzunu naziri gözdən salmaq üçün banal istiqamətə yönəltmək xoş deyil. Məmur statusunda olsam da, heç vaxt özümü sıralarınızdan kənarda görmədim-sual vermək ən təbii haqqınızdır, amma görmədiyiniz, eşitmədiyiniz, əlinizdə tutarlı fakt olmayan məsələlərdə uydurmaları yayan tərəf siz olmayın. İşiniz yüklü, əməyiniz danılmazdır” – N.Allahyarova bildirib.