Filippində sərnişin bərəsində baş verən yanğında 10 nəfər ölübbackend

Filippində sərnişin bərəsində baş verən yanğında 10 nəfər ölüb.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, yanğın Filippinin cənubundakı Basilan əyaləti yaxınlığında sərnişin bərəsi yanıb, nəticədə 10 nəfər ölüb, Reuters xəbər verir.

Nəşrin məlumatına görə, 9 nəfər xəsarət alıb. Xilasedicilər 230 sərnişini xilas edə biliblər.

Yerli Sahil Mühafizəsi araşdırmaya kömək edəcəklərini bildirib. Onlar həmçinin neft sızıntısının olub-olmadığını yoxlayacaqlar.

Reuters yazır ki, Filippində dəniz təhlükəsizliyi baxımından vəziyyət pisdir. Gəmilər tez-tez dolu olur və bir çox köhnə gəmilər hələ də istifadə olunur.

Fərahim Rəhimov