Finlandiya Prezidenti NATO ilə bağlı Türkiyəyə gedəcəkbackend

Finlandiya prezidenti Sauli Niinisto ölkənin NATO üzvlüyünü ratifikasiyasını müzakirə etmək üçün Türkiyəyə səfər edəcək .

“Yeni Gundem” xəbər verir ki, bu barədə Finlandiya Prezidentinin Ofisi məlumat yayıb.

“Səfər Türkiyənin cənub-şərqindəki zəlzələ zonasına səfərlə başlayacaq”, – Prezident Aparatının yaydığı məlumatda deyilir.

Finlandiyanın “İltalehti” nəşri yazır ki, “Türkiyənin ratifikasiyanı prezidentin səfəri zamanı elan edəcəyi gözlənilir”.

Ola bilər ki, Türkiyə yalnız Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etsin. Məlumat üçün bildirək ki, çərşənbə axşamı İsveçin baş naziri Ulf Kristerson bildirib ki, “İsveç və Finlandiyanın müxtəlif vaxtlarda NATO-ya daxil olması getdikcə daha mümkün görünür”.

Fərahim Rəhimov