Finlandiya və İsveç NATO-ya üzv olur, ərizələr təqdim edildibackend

Finlandiya və İsveçin NATO-dakı nümayəndələri qurumun baş katibi Yens Stoltenberqə ölkələrinin alyansa üzv olması üçün ərizələri rəsmi olaraq təqdim ediblər.

“Yeni Gündəm” “TASS”a istinadən xəbər verir ki, ərizələrin təqdim edilməsi mərasimi alyansın mətbuat xidməti tərəfindən onlayn yayımlanıb.

“İsveç və Finlandiyanın NATO-ya üzv olmaq xahişini səmimiyyətlə alqışlayıram. Bu gün etdiyiniz müraciətlər tarixi bir addımdır. Burada bütün ölkələrin təhlükəsizlik maraqları nəzərə alınmalıdır və biz bütün məsələləri həll etmək və qəbul prosesinin tezliklə başa çatmasına nail olmaq əzmindəyik” – Stolteberq bildirib.