Firəngiz Balakişiyeva Vətən müharibəsi şəhidi Yusif Budaqovun anasını ziyarət etdibackend

“Nəfəs” ictimai birliyinin sədri Firəngiz Balakişiyeva Vətən müharibəsi şəhidi Yusif Budaqovun anasını ziyarət etdi.

Birliyin sədri Firəngiz Balakişiyeva “Yeni Gündəm”-ə açıqlamasında bildirib ki, ötən ay evini bütün növ mebel, əşya və avadanlıqlarla təchiz edərək təhvil veridiyimiz Lətafət ananı yeni mənzilində ziyarət etdik. Vətən müharibəsi şəhidi Budaqov Yusifin anası Lətafət xanım həm övladını, həm də həyat yoldaşını itirdikdən sonra sosial vəziyyəti çox aşağı olan kirayə mənzildə tək başına yaşayırdı. Xeyirxah bir vətəndaş tərəfindən anamıza bağışlanan mənzili yaşamaq üçün əlverişli vəziyyətə gətirməyi isə “Nəfəs” olaraq biz öhdəliyimizə götürmüşdük.

Bugün həmin mənzildə Lətafət xanımın qonağı olmaq, onun açdığı süfrədə yığışmaq, üzündəki təbəssümə şahid olmaq bizi xoşbəxt etməyə yetir.

Söz verdik ki, anamızı bundan sonra da tək qoymayacaq və tez-tez ziyarət etməyə gələcəyik.

Qeyd edək ki, Yusif Budaqov oktyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.