Flora Kərimovanın efir qadağası dayandırıldıbackend
Xalq artisti Flora Kərimovanın efir qadağası aradan qaldırılıb.
Bu barədə “Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə məlumat verib.
O bildirib ki, Xalq artisti bu gün Yusif Ağayevin aparıcısı olduğu “10-dan sonra” verilişində qonaq çağrılıb:
“Əsl sənət betonu deşib bitən çiçək kimidir! Söhbət, dediyim kimi, əsl musiqiçidən, ziyalıdan gedir. Başqa bacarığı olmadığından mikrofonu əlinə almış küçə adamlarından yox!”(oxu.az)