Fonda edilən ianə bir günə 10 milyon artdıbackend

Prezident İlham Əliyevin fərmanıyla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə kimi 78 764 611 manat ianə edilib.

“Yeni Gündəm” xəbər verir ki, ianələri köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var. Belə ki, Fonda 569 hüquqi, 472 fiziki şəxs ianə köçürüb. Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu martın 19-da yaradılıb.

Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.

Xatırladaq ki, dünən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 68,274,279 manat ianə edilmişdi.