“Formula-1”lə bağlı bəzi küçələrdə istiqamət dəyişdibackend

“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar bəzi küçələrdə hərəkət istiqaməti tənzimlənib.

Bunu ”Yeni Gündəm”-ə açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli bildirib.

“Azadlıq prospekti ilə sola, Dilarə Əliyeva küçəsi, Kövkəb Səfərəliyeva küçəsi istiqamətindən şəhərdən çıxış, eləcə də Azadlıq prospektinin Nizami küçəsilə kəsişməsindən sağa, Yusif Səfərov istiqamətində hərəkət təmin edilib”, – deyə o qeyd edib.

R.Əhmədli qeyd edib ki, yük avtomobilləri ilə şəhərə məhsullar gətirən şəxslər yalnız gecə şəhərə daxil olmalıdırlar.