“Fransa hakimiyyəti erməni lobbisinin əlində oyuncaq alətinə çevirilib“ – ŞƏRHbackend

Fransa senatının 15 noyabr tarixində Azərbaycana qarşı qəbul etdiyi saxta qətnamə ümumilikdə Fransa hakimiyyətinin ikiüzlü siyasətinin növbəti təzahürüdür. Bu bir daha onu göstərir ki, Fransa hakimiyyəti erməni lobbisinin əlində artıq oyuncaq alətinə çevirilib.

Bu sözləri Yeni Gundem”açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkili Fransanın uzun illər ölkəmizə qarşı sərgilədiyi qeyri-obyektiv və qərəzli  mövqeyindəndə danışıb.

“Fransa uzun illər 2020-ci ilə kimi ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi hər zaman artıq tarixə qovuşmuş münaqişəni, Ermənistanın xeyrinə həll etməyə çalışıb.44 günlük Vətən müharibəsindədə Fransa dəfələrlə Azərbaycana qarşı təzyiq göstərməyə çalışırdı .O cümlədən Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonrada erməni pərəsət siyasətini yürütməyə davam etdirir. Bu gün qəbul edilən qətnamədə bunun bariz nümunəsidir.

Birincisi Fransa Vətən müharibəsi bitəndən sonra onun senatı qondarma rejimin tanınması ilə bağlı qətnamə qəbul etdi Əlbəttədə ki, bu sözügedən ölkənin BMT-Təhükəsizlik Şurasında özünündə imza atdığı 4 qətnaməyə qarşı çıxdığının göstəricisidir.İndiki məqamda Azərbaycanın qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması bu qətnamədə təklif olunur. Buda onu göstərir ki, Fransa Avropa İttifaqının bütün dəyərləri üzərindən xətt çəkir.Avropa İttifaqının birbaşa yürütdüyü siyasətə qarşı çıxır.”

Millət vəkili Fransanın bu qətnaməsi ilə daha çox itirən tərəf olacağınıda vurğuladı.

“Fransa senatının qəbul etdiyi bu gün ki, qətnamə birbaşa ikili standartların təzahürdür.Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil. Bununlada daha çox itirən tərəf Fransa olacaq.”

Fərahim RƏHİMOV

Yenigundem.az