Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edibbackend

Fransa Milli Assambleyasının üzvlərindən ibarət nümayəndə heyəti bu gün Ağdam şəhərinə səfər edib.

Fransalı deputatlar Ermənistanın Ağdamda törətdiyi dağıntıları öz gözləri ilə görüblər.

Fransa Milli Assambleyasının üzvləri Jerom Lamber, Frederik Düma, Karol Büro-Bonnar, Jan Lük Reitzer və Sandrin Morşun daxil olduğu nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, deputatlar Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərov müşayiət edir.APA