Fransa prezidenti Lukaşenko əlehinə aksiyaları dəstəklədibackend

Fransa prezidenti Emmanuel Makron Avropa Birliyini Belarusdakı dinc aksiyaları dəstəkləməyə çağırdı.

“Yeni Gündəm” xəbər verir ki, o, minlərlə belaruslunun Lukaşenkoya qarşı etirazını alqışlayıb.

“Avropa Birliyi minlərlə belaruslu etirazçının hüquq və azadlıqlarını müdafiəı etmək üçün keçirdiyi aksiya naminə səfərbər olmalıdır”- deyə Makron deyib.

Avqustun 13-də Polşa, Latviya, Litva və Estoniya prezidentləri Belarus prezidentləri Aleksandr Lukaşenkonu etirazçılarla dialoqa girməyə çağırıb. Amma Lukaşenko bu təklifi geri çevirib.Modern.az