Fransa səfirliyi Azərbaycanı təbrik etdibackend

Fransanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Yeni il bayramı münasibətilə təbrik edib.

“Yeni Gündəm” xəbər verir ki, diplomatik nümayəndəlik bayram münasibətilə Tviterdə videoçarx paylaşıb.

“Əziz dostlar, sizə dinc və xoşbəxt 2022-ci il arzu edirəm. Fransa regionda sülh və rifahın qurulmasında sizin yanınızda olacaq”, – videoçarxda bildirilib.