Fransa səfirliyində müəmma:Qarabağa getmək üçün kimdən icazə alınmalıdır?backend

Fransız jurnaslistlərin sülhməramlılar tərəfindən Qarabağa buraxılmaması və onların Laçın koridorundan geri qaytarılması haqqında məlumat yayılmışdı.

“Yeni Gündəm” xəbər verir ki, fransız jurnalistlərin geri qaytarılması barədə bu dəfə , Fransa Xarici İşlər Nazirliyi açıqlama yayıb. Nazirliyin açıqlamasına görə Xankəndinə getmək üçün heç bir jurnalist akkreditasiya üçün müraciət ünvanlamayıb. Ermənilərin tert.am saytı isə iddia edir ki, fransız jurnalistlər Xankəndindədir və onlar iki gün öncə Qarabağa gediblər. Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan verib. Fransanın Ermənistandakı səfirliyindən tert.am saytına bildirilib ki, Qarabağa səfər edən fransız jurnalistlər onlara icazə üçün müraciət etməyiblər. Fransızların və sülhməramlıların ikiüzlü siyasəti yenə davam edir. Sözsüz ki, əcnəbi jurnalistlərin Qarabağa icazəsiz səfərinin qarşısı mütləq alınmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi yəqin ki, fransız jurnalistlərin Qarabağa qanunsuz səfəri ilə bağlı açıqlaması olacaq.