“Fransa senatorları öz tarixi keçmişindən utanmalıdır” – ŞƏRHbackend

30 il müddətində Möhtərəm Prezidentimiz, eləcə də Azərbaycan ictimaiyyəti hər zaman ATƏT-in Minsk qrupunun həmsədrlərinin, xüsusilə də Fransanın qərəzli, qeyri-obyektiv və ermənipərəst münasibətlərinə görə tənqid edib.Ancaq onlar heç vaxt bu haqlı tənqidi qəbul etmirdilər”.

Bu sözləri Yeni Gündem”açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı qəbul edilən sənədin erməni sifətini göstərdiyini, eyni zamanda Fransanın dünyanın müxtəlif xalqlarına, xüsusilə də Afrika xalqlarına qarşı törətdikləri təcavüzkar, qətliam, soyqırım cinayətlərlə tarixlərindəndə danışıb .

“Hesab edirəm ki, Fransız xalqı öz tarixi keçmişlərinə görə hər zaman xəcalət çəkəcəklər.Çox təəssüf ki, Fransanın bu sümürgəçi və imperialist siyasəti bu gündə bir sıra ölkələrdə davam edir. Fransanın ölkəmizə qarşı bu gün qəbul etdiyi sanksiya onun bir daha ermənipərəstliyini və erməni sifətini sübut etdi.Çünki bugünə kimi Fransaya ermənipərəst deyirdik, bu gün isə qəbul etdikləri bu qərarla  tam erməni sifətli olduğu göründü.  Fransanın hətta 2ci dünya savaşından sonrakı tarixi keçmişinə baxsaq, onun daima başqa xalqlara qarşı təcavüzkar siyasət apardığını görərik. Afrikada yaşayan ayrı-ayrı xalqlara  qarşı Fransanın həyata keçirdiyi soyqırım  və qətliyamlar hər kəsə bəllidir. Rvandada yüzminlərlə insanın qətlə yetirilməsi, Əlcəzairdə 1 milyondan çox insanın soyqırımına səbəb olan Fransasız cinayətinə görə hələ də  Beynəlxalq məhkəmələr və təşkilatlar adekvat cavab verməyibdir.Fransızlar öz tarixinin hər səhifəsi başqa xalqlara qarşı edilmiş cinayətdir. Fransa senatı və parlamenti tarixi keçmişlərindən xəcalət çəkmək əvəzinə belə qanunsuz və qərəzli qərar qəbul edirlər. Onduz da gec və ya tez tarix onların törətdikləri bu cinayətlərin cavabını verəcək.”

Millət vəkili Fransa senatının qəbul etdiyi sənədlə Azərbaycana heç bir təhdidin keçməyəcəyini bildirdi.

“Fransa senatının bu sənədin qəbul etməsi gözlənilən idi.Senatın Azərbaycana qarşı sanksiya tətbiq etməsi həddini aşmaq deməkdir.Əslində Fransanın  Azərbaycana qarşı sanksiya tətbiq etmək üçün heç bir səlahiyyəti yoxdur?Bu həqiqətən də acizlik əlaməti olmaqla, səsli gülüş doğurur. Fransa senatorları çox gözəl anlayır ki, Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində ən yüksək strateji tərəfdaşlıq sənədi imzalanıbdır. Bu Fransanın daxil olduğu Avropa Birliyinin ən azı 10-dan çox  ölkəsinin  enerji təminatı deməkdir. Bildiyimiz kimi cari ilin iyul ayında Azərbaycan -Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq sənədi imzalanıb. Fransanın qəbul etdiyi bu sənədlə Azərbaycana qarşı heç bir təhdid keçməz.Bu sənəd sadəcə Fransız senatorlarının erməni lobbisi və erməni diasporundan indiyədək aldıqları maliyyənin qarşılığıdır. Azərbaycandövlətinin kifayət qədər gücü var. Azərbaycan dövlətinin dünyada böyük nüfuz sahibi olan güclü lideri var. Cənab Prezident İlham Əliyev heç kimin diktəsi ilə öz xarici siyasətini həyata keçirtmir. Prezidentimiz tam müstəqil siyasət həyata keçirir.Gördüyü işlərin, atdığı addımların hansı məqsədə və ya hansı hədəfə yönəldiyini çox gözəl bilir. Fransa senatorları yaxşı bilir ki, qəbul etdiyi sənədin heç bir maddəsinin Azərbaycanda keçərliyi yoxdur deyə Məlahət İbrahimqızı əlavə etdi“.

Fərahim

Yenigundem.az