Fransa və Hindistan hərbi müttəfiq oldubackend

Fransa və Hindistan birgə hərbi hava təlimlərini keçirtməyə başlayıblar.

“Yeni Gundem” Hindistan mətbuatına istinadən xəbər verir ki, iki ölkə arasında möhkəm strateji tərəfdaşlıq çərçivəsində Hindistan və Fransa Hind okeanının cənubunda birgə dəniz kəşfiyyatı missiyaları həyata keçirməyə hazırlaşırlar.

Çərşənbə axşamı Codhpurda hava təlimi zamanı iki ölkənin Hərbi Hava Qüvvələri komandirləri də döyüş təyyarələri ilə səmaya qalxıblar.

Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus P-8I uzaqmənzilli dəniz patrul təyyarəsi Madaqaskarın şərqində və Mavrikinin cənub-qərbində yerləşən strateji mövqedə yerləşən Fransanın Reunion adasına çatıb. O, “ətrafdakı sular haqqında məlumatlılığı daha da genişləndirmək üçün” Fransa donanması ilə birgə kəşfiyyat və dəniz xəritəsi əməliyyatına başlayacaq.

Məlumatlara görə, bu birgə hava təlimində Hindistan Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Çovdhuri iki nəfərlik Rafale döyüş təyyarəsi, Fransa Hərbi Hava Qüvvələrinin komandanı Miller isə Su-30MKI döyüş təyyarəsi götürüb.

Fərahim RƏHİMOV

Yenigundem.az