Fransada liseyin qarşısında atışma olub, yaralananlar varbackend

4 nəfər yaralanıb…

Fransanın cənubundakı Nitsa şəhərində liseyin qarşısında atışma baş verib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Atışma nəticəsində azı 4 nəfər yaralanıb.

“Nice-Matin” qəzeti xəbər verir ki, xəsarət alanlar arasında liseyin 17 yaşlı şagirdi də var.

Polis atəş açan şəxsi hadisə yerində tapmayıb. İlkin məlumatlara görə, atışma pnevmatik silahdan və çox güman ki, yaxınlıqdakı evlərdən birinin pəncərəsindən aparılıb.

Ərazidə ictimai nəqliyyatın fəaliyyəti müvəqqəti olaraq dəyişdirilib.Report