Fransalı senator: “Fransa Azərbaycanın etimadına layiq deyil”backend

Fransa Azərbaycanın etimadına layiq deyil.

Bunu Fransa Senatının Xarici işlər komitəsinin sədr müavini, senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbulunu şərh edərkən deyib.

Qeyd edək ki, noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də müzakirə edilərək qəbul olunub.