FRANSANIN SİFƏTLƏRİ…backend
  1. BMT TŞ- nın daimi üzvü kimi xarici (erməni) işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılmasına səs verib.
  2. ATƏT- in Minsk qrupunun həmsədri kimi münaqişənin çözülməsini bitərəf qalmaqla boynuna götürüb, 27 il “çözüb” və müharibəni yetişdirib.
  3. Müharibə dövründə prezident Makron açıq şəkildə Ermənistanı müdafiə, Azərbaycanı ittiham etməklə tərəfsizliyi pozub.
  4. Müharibə bitəndən sonra Prezident Makron Qarabağın Azərbaycan torpaqları olduğunu bəyan edib.
  5. Fransa senatı qondarma
    ” Artsax Pespublikası “nı tanımaq barədə hökumətə tövsiyyə xarakterli qətnamə qəbul edib.
  6. Fransa hökuməti bu qətnamənin hüququ qüvvəsinin olmadığını bildirib.

1- 6 arası xeyli xırda və orta qələt etməsini də ki, qoyaq bir qırağa…

FRANSAYA VƏ ONU İDARƏ EDƏNLƏRƏ CİDDİ YANAŞMAQ MÜMKÜN DEYİL.

TƏKLİF.

  1. Lazımsız ( buraxılma halında olan) Minsk qrupu həmsədrliyindən Fransanın qovulmasına nail olmaq. ( Milli Məclisin bəyanatında var)
  2. Bütün şirkətlərini Azərbaycandan qovmaq.
  3. 1- 6 üzrə bu komik ölkəni məhkəməyə vermək.

Bu təkliflərin üstündə dayanmaq Fransanın sabun köpüyü imicinə zərbə olardı…

Qərbi Azərbaycan İcması sədrinin ideoloji məsələlər üzrə müavini Mirfaiq Mirheydərli